Moskvada azərbaycanlı ər-arvad  özlərini yaşadıqları binadan atıb öldürdülər
16 fevral 2026 23:07 (UTC +04:00)

Moskvada azərbaycanlı ər-arvad özlərini yaşadıqları binadan atıb öldürdülər

1

Moskvada azərbaycanlı ər-arvadın meyitləri yaşadıqları binanın qarşısında tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, intihar hadisəsi Novoya Moskva ərazisində yerləşən "Salaryevo Park" yaşayış kompleksində baş verib.

Belə ki, yaşayış binasının pəncərələrinin altında evli ər-arvadın meyitləri tapılıb.

Rusiya mətbuatı ər və arvad milliyətcə azərbaycanlı olduğunu yazıb.

Məlum olub ki, azərbaycanlı ər-arvad intihar edərkən mənzildə beş yaşlı uşaq da olub. Hadisənin uşağın gözləri qarşısında baş verdiyi bildirilib.

Yerli mətbuatda yayılan xəbərlərə görə 41 yaşlı Vasif və 38 yaşlı Aygün geyim və alt paltarı mağazasına sahib olublar. Onlar bizneslərinə Xantı-Mansi Muxtar Dairəsində başlayıb, bir müddət əvvəl isə Moskvaya köçüblər.

İntiharın səbəbi məlum deyil. Cütlüyün üç uşağının qaldığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 424

Oxşar yazılar