Məşhur rəssam Van Qoqun əsəri London Qalereyasındakı tablosu vandalizmin qurbanı olub.
Lent.az xəbər verir ki, yaşıllar hərəkatının üzvü olan gənclər “Günəbaxanlar” tablosuna şorba atıblar. 83 milyon dollar dəyəri olan rəsm əsəri qismən korlanıb.
Polis hadisəni törədənləri saxlayıb. Yaşıllar təşkilatı bu yolla yeni neft və qaz layihələrinə etirazını bildirib.