Seneqal Milli Məclisində (Parlament) qadın həmkarını döyən 2 deputat saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Lent.az-ın xəbərinə görə, buna səbəb iclas zamanı 2 müxalif deputatın qadın həmkarları ilə dalaşması olub. Hadisə zamanı qadın deputat hamilə olub və vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya aparılıb. Parlamentin sədri isə 2 deputatın həbsi üçün Prokurorluq qarşısında vəsatət qaldırıb. Qaçan deputatlar nəhayət bu gün saxlanılaraq təcridxanaya yerləşdirilib.
Qadın deputat əsas müxalifət partiyasının liderini tənqid edib. Müxalif deputatlar isə partiya rəhbərinin şeyx olduğunu əsas gətirərək tənqidin günah olduğunu iddia ediblər. Bundan sonra 2 müxalifətçi deputat liderlərinin təhqir olunduğunu deyərək qadına hücum ediblər. Maraqlıdır ki, dava gender bərabərliyi mövzusunda müzakirə zamanı baş verib.