Boliviyanın cənubunda sərnişinləri daşıyan mikroavtobus 1000 metr hündürlükdən dərəyə aşıb.
Lent.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər həlak olub.
San-Lukas bələdiyyəsinin həkimi Vladimir Betankurun sözlərinə görə qəzadan yalnız bir qadın sağ çıxıb. Onun vəziyyəti stabil qiymətləndirilir.
İlkin ehtimala görə, qəzaya səbəb kimi yağış nəticəsində yolun sürüşkən olması göstərilir.