Braziliyanın Rio-de-Janeyro şəhərində hər il təşkil edilən ənənəvi karnaval ləğv edilib.
Lent.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə şəhərin meri Eduardo Paes məlumat verib.
Mer bildirib ki, hər il təşkil olunan tədbirin ləğvinə səbəb Omikron ştamının sürətlə yayılmasıdır. Kütləvi tədbirlərin keçirilməsi epidemiyanın nəzarətdən çıxmasına səbəb ola bilər. 2020-ci ildə keçirilmiş sonuncu karnavalda müxtəlif ölkələrdən gəlmiş 7 milyondan çox insan iştirak edib.
Qeyd edək ki, Braziliya Covid-19-dan ölüm göstəricisinə görə dünyada ikinci yerdədir. Rəsmi məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 620 000 nəfərdir. Ekspertlər real rəqəmin bundan bir neçə dəfə çox olduğu qənaətindədirlər.
Xatırladaq ki, Rio festivalı zamanı Braziliya büdcəsinə qısa müddətdə külli miqdarda vəsait daxil olur. Karnavalın keçirildiyi dövrdə Rio-de-Janeyroda 70 mindən çox müvəqqəti iş yeri yaranır.