Məşhur filmin bəstəkarı evində ölü tapıldı
29 iyul 2026 15:21 (UTC +04:00)

Məşhur filmin bəstəkarı evində ölü tapıldı

0

Fransız DJ. və elektropop musiqiçisi, “Kavinski” kimi tanınan Vensan Belorje Parisdəki evində ölü tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 50 yaşlı sənətçinin ölüm səbəbinin müəyyənləşdirilməsi üçün prokurorluq araşdırmaya başlayıb. Təcili yardım əməkdaşları hadisə yerində şübhəli heç nə aşkarlamayıblar. Polisin məlumatına görə, Kavinskinin ölümünə, ehtimal ki, insult səbəb olub.

Musiqiçinin cəsədi qonşusunun bir neçə gün onu görməməsindən sonra təcili xidmətlərə müraciət etməsi nəticəsində aşkarlanıb. Bildirilir ki, Kavinski yoxa çıxmazdan əvvəl həmin qonşusuna dəfələrlə şiddətli baş ağrısından şikayət edib.

Kavinski “French touch” üslubunun aparıcı simalarından biri hesab olunub. Onun “Nightcall” mahnısı “Drive” filmində səsləndikdən sonra beynəlxalq hitə çevrilib. Sənətçi 2024-cü ildə Paris Olimpiadasının bağlanış mərasimində də bu kompozisiyanı ifa edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar