İtaliyanın cənubunda Kampobasso əyalətində (cənubi Molise bölgəsi) meşə yanğını səbəbindən 400-dən çox insan evlərdən və otellərdən təxliyə edilib.
APA xəbər verir ki, bu barədə bazar günü ölkənin Yanğınsöndürmə xidmətlinin “twitter” səhifəsində məlumat yerləşdirilib.
Hadisə yerində yanğınsöndürənlərin və quru qüvvələrin helikopterlər briqadasının işlədiyi qeyd olunub.
Qeyd edək ki, daha əvvəl Mülki Müdafiə Departamentinin rəhbəri Fabrizio Kursio istilər səbəbi ilə yanğın riskinin artacağı ilə bağlı xəbərdarlıq etmişdi. “La Repubblica” qəzetinin yazdığına görə, 10-11 avqust tarixlərində Siciliya və Sardiniyanın bəzi bölgələrində havanın temperaturu 45 dərəcəyə qədər istiləşə bilər.
Həmçinin, Sardiniya adasının cənubunda şiddətli meşə yanğınları qeydə alınıb. Yanğın Peskara bölgəsindəki (Adriatik dənizinin sahili) qoruğun bir hissəsini məhv edib. Yanğınlar zamanı iki nəfərin öldüyü vurğulanıb.