Meksikada 23 məhbus  həbsxanadan qaçdı
24 fevral 2026 03:50 (UTC +04:00)

Meksikada 23 məhbus həbsxanadan qaçdı

0

Meksikanın Xalisko ştatının Puerto-Valyarta şəhərində baş vermiş iğtişaşlar zamanı azı 23 nəfər həbsxanadan qaçıb.

Lent.az xəbər verir ki, bu barədə ştatın ictimai təhlükəsizlik katibi Xuan Pablo Ernandes "NMas" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda yoxlamalar nəticəsində azadlıqdan məhrum edilmiş 23 şəxsin qaçdığı təsdiqlənib və onların saxlanılması üçün federal qurumlara müvafiq bildirişlər göndərilib.

Məlumata əsasən, iğtişaşlar "Xalisko Yeni Nəsil" narkokartelinin başçısının zərərsizləşdirilməsindən sonra başlayıb.

Bildirilir ki, qarışıqlıqlar zamanı məhbusların əlbir olduğu şəxslər həbsxananı atəşə tutub, daha sonra isə avtomobillə darvazanı dağıdaraq əraziyə daxil olublar.

Baş vermiş atışma zamanı penitensiar müəssisənin bir mühafizəçisi həlak olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar