"Mazda" 170 mindən çox avtomobili geri çağırır
07 iyun 2025 02:25 (UTC +04:00)

"Mazda" 170 mindən çox avtomobili geri çağırır

Yaponiyanın "Mazda" şirkəti ABŞ-da 171 min 200-dən çox avtomobili təhlükəsizlik yastıqları ilə bağlı potensial problem səbəbilə geri çağırır.

Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin saytında məlumat verilib.

Söhbət 2024–2025-ci il istehsalı olan bəzi "CX-30" və "Mazda 3" modellərindən gedir. Bu avtomobillərdə quraşdırılmış təkmilləşdirilmiş təhlükəsizlik yastığı sensor modulları batareyanın zəif olması halında səhv siqnal verə və təhlükəsizlik yastıqlarını deaktiv edə bilər.

Nəticədə qəza zamanı təhlükəsizlik yastıqları işə düşməyə bilər.

Şirkət bildirir ki, dilərlər modulları ödənişsiz şəkildə yenidən proqramlaşdıracaq və ya zərurət olduqda onları dəyişəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar