Belçikanın Lembur şəhərində masajçı illər uzunu müştərilərini gizli şəkildə videoya çəkib.
Lent.az xəbər verir ki, müstəntiqlər şübhəlinin soyunub-geyinmə otağında və masaj otağında 2017- 2021-ci illərdə lentə aldığı görüntüləri aşkar ediblər. Bəzi şəkillər 2015-ci ilə aiddir. Qurbanların yaşı 30-60 arasında dəyişir. Onların arasında məşhur müğənni və tanınmış siyasətçi də var.
Barəsində həbs qətimkan tədbiri seçilən masajçının məhkəmə prosesi gələn ilə təyin edilib.