Fransa prezidenti Emmanuel Makrona yumurta atan tələbə müalicə üçün psixatriya xəstəxanasına yerləşdirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Lion prokurorluğundan məlumat verilib.
Gənc sentyabrın 27-də saxlanılıb və Lionun şərqindəki Vinatier xəstəxanasına gətirilib. O, "dövlət hakimiyyəti olan bir şəxsə qarşı zorakılıq etməkdə" günahlandırılır.
Prokurorluq 19 yaşlı tələbənin psixiatrik müayinədən keçməsini tələb edib. Nəticədə məcburi xəstəxanaya yerləşdirmə ehtiyacı yaranıb.
Sentyabrın 27-də Makronun beynəlxalq qonaqpərvərlik və iaşə sərgisinə səfəri zamanı ona bir yumurta atılıb. Prezidentin mühafizəçisi həmin şəxsi saxlayıb.