Mafiya başçısı bu  FOTOSUNDAN   sonra həbs olundu
13 dekabr 2023 17:28 (UTC +04:00)

Mafiya başçısı bu FOTOSUNDAN sonra həbs olundu

ABŞ-da mafiya başçısı sosial şəbəkələrdə hovuzda çəkilmiş fotosu yayılandan sonra həbs edilib.

Lent.az xarici KİV-əs istinadla xəbər verir ki, 68 yaşlı Ralf DiMatteo hədə-qorxu ilə pul tələb etmə və çirkli pulları yumaqda axtarışda olsa da, polis onun yerini uzun müddət müəyyən edə bilməyib. Lakin ötən ay həmin şəxs həbs edilib. Bu, mafiozun oğlunun sosial şəbəkələrdə atasının hovuzda poza verərkən çəkilmiş şəklini dərc etməsindən və bununla da onun geolokasiyasını üzə çıxarmasından sonra baş verib.

Məhkəmə Ralfı 3 il müddətinə azadlıqdan məhrum edib. Kişi özü də etiraf edir ki, baş verənlərdən peşman deyil və hovuzdakı şəklini kifayət qədər gözəl hesab edir.

Məhkəmədə çıxış edən şəxsin vəkili Ralfın “köhnə fikirli” olduğu və günahını etiraf etməyə hazır olduğu üçün müvəkkilinə qarşı yüngül qərar istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4242
avatar

Oxşar yazılar