Maduro bu ölkənin prezidentini OĞRU ADLANDIRDI
11 sentyabr 2024 04:44 (UTC +04:00)

Maduro bu ölkənin prezidentini OĞRU ADLANDIRDI

Venesuela Prezidenti Nikolas Maduro Dominikan Respublikasının rəhbəri Luis Abinaderi Venesuela təyyarələrini oğurlamaqda ittiham edərək onu “oğru və quldur” adlandırıb.

Lent.az xəbər verir ki, dövlət başçısı bunu hökümət iclasında deyib. 

“Bugünkü debatları çox diqqətlə izləyirəm. Mən ora getməyə hazır idim. Təyyarəm Dominikan Respublikasında qaçırılmasaydı, mən ora uçacaqdım. Dominikan Respublikasının Prezidenti Abinader quldur və oğrudur”, - Maduro qeyd edib.

Sentyabrın 2-də ABŞ Dominikan Respublikasında Maduronun təyyarəsinə həbs qoyaraq hava gəmisini Floridaya aparıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, təyyarə ixrac nəzarəti və ABŞ-nin sanksiyalar qanunlarını pozaraq alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar