Londonda Belarusun Britaniyadakı səfirliyinə hücum olub.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə dekabrın 19-u axşam saatlarında baş verib. Bir qrup şəxs səfirliyin fasadını dağıdıb. Dərhal hadisə yerinə gələn belaruslu diplomatlar elə həmin qrupun hücumuna məruz qalıblar. Diplomatlardan biri ağır bədən xəsarəti alıb. Onun burnu və dişləri sındırılıb.
Belarus Böyük Britaniyadan baş verən hadisəni ciddi araşdırmasını tələb edib.