Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra bir qrup könüllü küçə rəssamı uşaqların travmasını yüngülləşdirmək üçün çalışırlar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, könüllülər AFAD-ın bölgədə qurduğu çadır şəhərciklərində tədbirlər təşkil edir.
Çadır şəhərciklərini bir-bir gəzən könüllü rəssamlar üz boyama, musiqi ilə rəqs, animasiya şouları, müxtəlif oyunlar və yarışmalar təşkil edirlər.
Küçə Atölyesi Baş İncəsənət Direktoru Erdal Çoban zəlzələdən sonra "uşaqları güldürün" şüarı ilə hərəkətə keçdiklərini söyləyib.
Erdal Çoban şəhərə gələrkən ilk olaraq axtarış-xilasetmə işlərinə qatılaraq 4 nəfərin xilas edilməsinə dəstək olduqlarını, daha sonra çadır şəhərciklərində qalan uşaqlar üçün hərəkətə keçdiklərini qeyd edib:
"Uşaqların yaşadığı tramvanı əlimizdən gəldiyi qədər yüngülləşdirməyə çalışırıq. Zəlzələni bir az da olsa onlara unutdurmaq və hadisənin ağırlığından uzaqlaşdırmaq üçün onlarla mahnı oxuyur, oyunlar oynayırıq”.