Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov Kremlə dron hücumunda ABŞ-ı günahlandırır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
Onun dediyinə görə, dron hücumu ilə bağlı qərarı ABŞ verib, Ukrayna isə icra edib. Peskov onu da bildirib ki, baş verənlərlə bağlı Putinin xüsusi müraciəti və təhlükəsizlik şurasının iclası olmayacaq.
Mətbuat katibi onu da əlavə edib ki, dron hücumuna Putinin reaksiyası təmkinli və soyuqqanlı olub.