Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 08:10 (UTC +04:00)

Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU

“Koronavirus çoxalarkən bədəndə yalnız ağciyər deyil, demək olar ki, bütün daxili orqanlarında çox ciddi dəyişikliklər baş verir. Bu, ilk növbədə damarlara və sinir sisteminə təsir edən bir virusdur”.

 APA xəbər verir ki, bu fikri tanınmış rusiyalı həkim və televiziya aparıcısı Yevgeny Komarovski “YouTube” kanalında COVID-19-un hansı təhlükəli nəticələrə gətirib çıxara biləcəyini şərh edərkən bildirib. 

Rusiyalı mütəxəssisin sözlərinə görə, hazırda "post-kovid" və ya "uzun sürən kovid" anlayışı ortaya çıxıb: “Koronavirusun fəsadlarının bərpa edilməsi üçün nə qədər vaxt lazımdır? - bu suala cavab yoxdur”. 

Həkim "post-kovid" təzahürlərini üç qrupa ayırıb: “Birincisi, tənəffüs sistemindəki simptomlar: öskürək, nəfəs darlığı. Normal bir ürək döyüntüsü ilə belə, bir insan yenə də hava çatışmazlığını hiss edir. İkincisi: mütləq istəksizlik və zəiflik hissi. Bu hal bəzən, ailədəki münaqişələrə səbəb ola bilir. Üçüncü qrup simptomlar isə sinir sisteminin zədələnməsidir. Bura zehni pozğunluq, yuxu problemləri və məntiqlə düşünə bilməmək və s. daxildir”. 

Mütəxəssis qeyd edib ki, üçüncü qrup hallar baş verdikdə yaddaş pozğunluğu istisna deyil. Bu vəziyyətdə hətta halüsinasiyalar və dad problemi mümkündür. 

# 5298
avatar

Oxşar yazılar