Koronavirusa qarşı daha bir vaksinə icazə verildi
24 iyun 2022 00:41 (UTC +04:00)

Koronavirusa qarşı daha bir vaksinə icazə verildi

Avropa Dərman Agentliyi koronavirus əleyhinə  “Valneva” vaksininin tətbiqinə icazə verib.

Lent.az xəbər verir ki, Agentlik Avstriya-Fransa birgə istehsalı olan preparatın yetkinlik yaşına çatanlara tətbiqini tövsiyə edib. Bununla da Aİ-də istifadə edilən vaksin sayı altıya çatıb. 

Qeyd olunur ki, zəiflədilmiş viruslar əsasında hazırlanan vaksin müasir texnologiyaya əsaslanır. Preparatdan daha əvvəl digər vaksinlə peyvənd olunmuş şəxslər də istifadə edə bilər. Artıq istehsalçı şirkətlə vaksin alışına dair müqavilə imzalanıb. 
 

# 1248
avatar

Oxşar yazılar