Koronavirus səbəbindən atasını və anasını itirən qadın Sankt-Peterburqda Yelizavet xəstəxanasının doqquzuncu mərtəbəsinin pəncərəsindən düşüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, ilkin məlumatlara görə, qadın koronavirus infeksiyasının səbəb olduğu ağırlaşma ilə Peterburq xəstəxanasına daxil olub.
Qadın düşdükdən sonra sağ olub, təcili olaraq reanimasiya aparılıb, lakin həkimlər onu xilas edə bilməyib.
Palata qonşuları xəstəxanada qadının dayanmadan valideynlərinin ölümü barədə danışdığını söyləyiblər.