“Otoniel” ləqəbli Dairo Usuq
24 oktyabr 2021 02:22 (UTC +04:00)

“Otoniel” ləqəbli Dairo Usuq

Kolumbiyanın ƏN BÖYÜK NARKOBARONU tutuldu

0

Kolumbiya polisi hərbçilərlə birlikdə “Körfəz Kralı” cinayətkar dəstəsinin başçısı “Otoniel” ləqəbli Dairo Usuqu saxlayıb.

APA xəbər verir ki, bu barədə “El Tiempo” nəşri məlumat yayıb.

Əməliyyat Kolumbiyanın şimal-qərbindəki Nekokli bələdiyyəsində keçirilib. Hazırda Usuqu Medellinə aparırlar.

Qeyd edək ki, “Körfəz Kralı” Kolumbiyada narkotik ticarəti ilə məşğul olan ən böyük cinayət təşkilatıdır. Usuq ölkədə ən çox axtarılan cinayətkar sayılırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4121

Oxşar yazılar