Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankarada keçirilən bir toy məclisində nigah şahidi kimi iştirak edib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu zaman salondakı operatorlardan biri çətin vəziyyətə düşüb.
Belə ki, K.Kılıçdaroğlu şadlıq evinə girərkən onun gəlişini çəkən operatorlardan biri hovuza yıxılıb. Baş vermiş hadisə K.Kılıçdaroğlunun və ətrafdakıların gülüşünə səbəb olub.