Malinin şimalında yerləşən 4 kəndə eyni vaxtda silahlı şəxslərin hücumu nəticəsində 48 nəfər həyatını itirib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bölgə valisinin müavini Omar Kida bununla bağlı açıqlama verib. O, hücum nəticəsində Karou kəndində 17, Deoutequefdə 14, Dirquada 7, Ouataqounada 10 dinc sakinin öldürüldüyünü bildirib.
Məlumata görə, hücumlar vaxtı çoxlu sayda insan da yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Sevinc Fərid