Karib hövzəsinin ən təhlükəsiz 5 ölkəsi
14 oktyabr 2025 18:16 (UTC +04:00)

Karib hövzəsinin ən təhlükəsiz 5 ölkəsi

0

Angilya (Anguilla) Karib dənizində turistlər üçün ən təhlükəsiz ölkə elan edilib. Reytinq Qlobal Sülh İndeksinə əsaslanıb. Burada cinayət səviyyəsi, siyasi sabitlik və digər göstəricilər qiymətləndirilir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hesabata görə, Angilyada regiondakı ən aşağı cinayət səviyyəsi müşahidə olunur və “nə zorakı, nə də kiçik cinayətlər bu tropik oazisin nüfuzuna kölgə sala bilmir".

Angilyanın cəlbediciliyi

Adada ağ qumlu 33 çimərlik var və o, Karib hövzəsinin “qastronomiya paytaxtı” hesab olunur. Burada zərif mətbəx və yüksək səviyyəli restoranlar fəaliyyət göstərir.

Turistlər adada sakitlik, tənhalıq və macəra ruhunun ideal birləşməsini qiymətləndirirlər. Burada həm qolf meydançası, həm də yelkan yarışları və qayıq yarışları üçün imkanlar mövcuddur.

Karib hövzəsinin ən təhlükəsiz 5 ölkəsi

1. Angilya

2. Barbados

3. Sen-Bartelemi (Saint-Barthélemy)

4. Martinik

5. Kayman adaları

Hazırda ABŞ Dövlət Departamenti Angilyanı təhlükəsizlik baxımından ən aşağı 1-ci səviyyə kateqoriyasına daxil edib, bu da “adi ehtiyat tədbirlərinə riayət etmək” mənasına gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar