Kanadanın yeni baş naziri danışdı : "Trampla ancaq bu halda görüşərəm..."
24 mart 2025 00:12 (UTC +04:00)

Kanadanın yeni baş naziri danışdı: "Trampla ancaq bu halda görüşərəm..."

Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla müxtəlif məsələlərdə danışıqlara başlamağa hazır olduğunu bildirib.

APA xəbər verir ki, Karni danışıqlar üçün, ABŞ prezidentinin Kanadanın suverenliyini tanımasını şərt qoşub.

"Mən bunu etməyə tam hazıram. Lakin bir şərt var; o Kanadanın suveren ölkə olduğunu etiraf etməlidir. Biz daha geniş müzakirəyə başlamazdan əvvəl bunu deməli və qəbul etməlidir", - Karni jurnalistlərə deyib.

Qeyd edək ki, Tramp dəfələrlə bir çox kanadalının öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasını istədiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1282

Oxşar yazılar