Kanadada kişi insanlara hücum etdi: 4 nəfəri BIÇAQLAYIB
16 oktyabr 2021 08:21 (UTC +04:00)

Kanadada kişi insanlara hücum etdi: 4 nəfəri BIÇAQLAYIB

0

Kanadanın Kalqari şəhərinin mərkəzində bıçaqla silahlanmış kişi insanlara hücum edib.

APA “CBC” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb. 

Yerli polis daha çox insanın xəsarət ala biləcəyini iddia edir. Yaralılardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində təcavüzkar saxlanılıb.

Cinayətkarın ifadəsi alınıb. Onun hansısa radikal qruplaşma ilə əlaqəsinin olub-olmaması müəyyənləşdirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1159

Oxşar yazılar