“Kamp Nou”da KÜTLƏVİ DAVA
12 oktyabr 2024 01:03 (UTC +04:00)

“Kamp Nou”da KÜTLƏVİ DAVA

İspaniyanın "Barselona" klubunun “Kamp Nou” stadionunun tikintisində işləyən fəhlələr arasında dava düşüb.

Lent.az xəbər verir ki, hadisə işçi qrupları arasında baş verib.

20 nəfərin qarışdığı davada 6 nəfər yüngül xəsarət alıb. İnsidentdə iştirak edən bütün işçilər tikintidən qovulub.

Qeyd edək ki, La Liqada 2022/2023 mövsümü başa çatdıqdan sonra "Kamp Nou" arenası təmirə bağlanıb. Yenidənqurma işlərinin 2026-cı ildə başa çatması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 975
avatar

Oxşar yazılar