Ukraynanın Luqansk vilayətinin Rubejnoe şəhərində kadırovçular zabitlərini ora yerləşdirmək üçün insanları evlərindən çıxarırlar.
Lent.az xəbər verir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyası rəhbəri Sergey Qayday Telegram-da məlumat verib.
“Rubejnoyedəki çeçenlər yerli sakinləri evlərindən qovurlar ki, onların “zabitləri” orada yaşasın. Qorxuda olan kadırovçular daim “yaşayış yerlərini” dəyişirlər”, – Qayday yazdı.
Bundan əlavə bildirilir ki, Luqansk vilayətində Rusiya ordusu Svatovo və Kremennaya istiqamətində yolları minalayır, körpüləri partladırlar.