İsrailin 20 təyyarəsi husiləri bombaladı- VİDEO
05 may 2025 22:58 (UTC +04:00)

İsrailin 20 təyyarəsi husiləri bombaladı- VİDEO

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə Yəməndə husilərə məxsus bir sıra hədəflərə hava zərbələri endirib.

Lent.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyatda ümumilikdə 50 döyüş sursatı istifadə olunub və onlarla obyekt vurulub.



***
21:46

ABŞ və İsrail husilərin nəzarətində olan Hodeyda şəhərinə birgə hava zərbələri endirib.

Lent.az xəbər verir ki, bu barədə "Al Masirah" məlumat yayıb.

Səudiyyə Ərəbistanının "Al Hadath" telekanalının məlumatına görə isə, İsrail Hərbi Hava Qüvvələri Qırmızı dəniz sahilində yerləşən Hodeyda limanını və husilərə məxsus yaxın əraziləri hədəfə alıb.

Məlumata əsasən, Hodeyda vilayəti azı 12 hava zərbəsinə məruz qalıb.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar