İsraildə də döydülər, İspaniyada da-VİDEO
24 may 2026 11:10 (UTC +04:00)

İsraildə də döydülər, İspaniyada da-VİDEO

0

İspaniyanın Bilbao hava limanında polis ilə İstanbuldan ölkəyə gələn “Azadlıq donanması” nın fəalları arasında toqquşma baş verib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Aksiya iştirakçıları birgə foto çəkdirərək gəliş zonasından çıxışı bağlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onları dağıtmağa çalışarkən qarşıdurma yaranıb.

Məlumata əsasən, 6 ispan fəaldan 4-ü saxlanılıb.

Qeyd edək ki, mayın 21-də  “Azadlıq donanması”nın bütün iştirakçıları İsraildən öz ölkələrinə deportasiya olunublar. Hadisə ilə bağlı beynəlxalq qalmaqalın yaranmasına səbəb olan məqamlardan biri də fəallara qarşı aşağılayıcı davranışlar olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar