İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 9 fələstinli ölüb, daha 5 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.
Telekanalın məlumatına görə, Qəzza zolağında 24 saat ərzində ən azı 35 fələstinli öldürülüb. Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri ölənlərin ümumi sayı 40 140-a yaxınlaşıb, 93 minə yaxın insan isə yaralanıb.