İŞİD gəlinindən tükürpədici açıqlama: “Tələyə belə düşdüm”
10 yanvar 2023 11:28 (UTC +04:00)

İŞİD gəlinindən tükürpədici açıqlama: “Tələyə belə düşdüm”

ABŞ-ın Alabama ştatında böyüyən Hoda Muthananın həyatı İŞİD mənsubu ilə tanış olduqdan sonra tamamilə dəyişib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Hoda Muthana 28 oktyabr 1994-cü ildə ABŞ-ın Nyu-Cersi ştatında yəmənli bir ailədə anadan olub. O, 2010-cu ildə sosial şəbəkədə tələyə düşüb, İŞİD silahlıları ilə tanış olub. 

Muthana 2014-cü ildə evdən qaçıb və İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib. 

Həmin il Əbu Cihad Əl-Ausstrali kod adı ilə tanınan Avstraliya vətəndaşı Suhan Rəhmanla evlənən Muthana sosial media hesabları vasitəsilə mülki şəxslərə qarşı terror hücumlarını dəstəkləyib və təşkilata daha çox silahlı cəlb etməyə çalışıb. 

Muthananın sözlərinə görə, İŞİD-in Suriyadakı düşərgələrində insanlar çox çətin şəraitdə yaşayırdılar:

“Qadınlar və uşaqlar həyatımda gördüyüm ən murdar və çirkli yerdə qalırdı. Bu zülmdən qurtulmağın tək yolu isə evlənmək idi”. 

Rəhman 2015-ci ildə öldürüldükdən sonra təşkilatın üzvü olan Tunis vətəndaşı ilə evlənən Muthanın bu evlilikdən bir oğlu olub. 2017-ci ildə ikinci əri öldürüldükdən sonra yenidən evlənən Muthanın üçüncü evliliyi də boşanma ilə nəticələnib. 

Hoda Muthana İŞİD-in tədricən gücünü itirdiyi dövrdə üzləşdiyi çətinliklərə görə 10 yanvar 2019-cu ildə ABŞ əsgərlərinə təslim olub. ABŞ vətəndaşı olduğunu bildirən qadın ölkəsinə qayıtmağı tələb edib. Lakin onun ölkəyə girişi qadağan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3045
avatar

Arzu Qurbanlı

Oxşar yazılar