İranın neft naziri Cavad Ouci hökumətin iclaslarından birində infarkt keçirib və xəstəxanaya yerləşdirilib.
Lent.az "Mouze" teleqram kanalına istinadən xəbər verir ki, hazırda nazirin vəziyyətinin stabil olduğu deyilib.
Məlumata görə, İranın 13-cü hökumətinin neft naziri Cavad Ouci dekabrın 15-də hökumətin iclasında qış fəslində ölkədə yanacağın təmin edilməsi və 2023-cü il dövlət büdcəsində neftin satış qiyməti ilə bağlı yaranan gərginlik səbəbindən infarkt keçirib.