İranda molla rejiminin xalqa qarşı rəzalət rəftarı artıq 95 gündür ki, davam edir.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu dəfə İranda rejimin təhlükəsizlik qüvvələri tərəfindən təcavüz edilən qız ölüb.
Məlumata görə, 14 yaşlı qız həbsdə olarkən repressiv qüvvələrin cinsi təcavüzünə məruz qalıb. Nəticədə balaca qız qanaxmadan dünyasını dəyişib. Onun anasından isə heç bir xəbər yoxdur.