İranda ümumxalq etirazlarının miqyası böyüyür.
Lent.az “MOUZE" telegram kanalına istinadən xəbər verir ki, narazı xalq hirsini molla rejiminin rəhbərlərinə aid simvollardan çıxır.
Kanalın yaydığı məlumata görə, oktyabrın 10-da Şərqi Azərbaycan əyalətinin Yamçı şəhərində Qasım Süleymaninin büstü dağıdılıb. Rejim mənsubları bunu gizləmək üçün büstün üstünü örtüblər.
Şəhərdə Xomeyni, Xameneyi və Süleymaninin baner və posterləri yandırıldığından, bir neçə yerdə yandırılmayan banerlərin məmurlar tərəfindən götürüldüyü bildirilir.
Xatırladaq ki, son günlər İranın onlarla şəhərində islam inqilabının lideri Ruhullah Xomeyni, indiki rəhbəri Əli Xameneyi və SEPAH-ın Qüds qüvvələrinin öldürülmüş komandiri Qasım Süleymaninin yüzlərlə banerləri yandırılıb, büstləri dağıdılıb.
Lətif İsmayılov