Molla rejiminin İran xalqına qarşı amansız rəftarı davam edir.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu dəfə rejim gənc türkmən şairə qadınlara şeir həsr etdiyinə görə edam hökmü verib.
Belə ki, Güney Türkmənistanın Günbəd Kavus şəhərindən olan 22 yaşlı şair Daniyal Qızılcayi hökumət qüvvələri tərəfindən saxlanılıb. Daha sonra isə şairə ölüm cəzası verilib. Onun hazırkı vəziyyəti haqqında məlumat yoxdur.