Tehranlı qadınlar "Molotov kokteyli" hazırlayır.
Lent.az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, sosial mediada yayılan görüntülərə əsasən, ötən gecə Tehranın 7-ci məhəlləsində İran rejiminə etiraz edən qadınlar küçələrdə “Molotov kokteyli” hazırlayıblar.
Onlar nümayişçiləri güllə və gözyaşardıcı qazla hədəfə alan təhlükəsizlik qüvvələrinə qarşı vuruşublar.