İranda məhbuslar EDAM EDİLDİ
14 dekabr 2022 19:01 (UTC +04:00)

İranda məhbuslar EDAM EDİLDİ

İranda molla rejiminin insanlara qarşı qəddar rəftarı günü-gündən artır. 

Lent.az teleqram kanallarından birinə istinadən xəbər verir ki, hökumət Ərak zindanında 5 məhkumu edam edib.

Məlumata görə, onlar narkotik maddələrin alverində günahlandırılıb.

Dekabrın 12-də dar ağacından asılaraq həyatlarına son qoyulan əslən azərbaycanlı olan Məhəmməd İmani, Ehsan Nasiri və Mustafa Kaşinin kimlikləri məlum olsa da, başqa iki məhkumun şəxsiyyətini hələlik dəqiqləşdirmək mümkün olmayıb.

İran Məhkəmə sistemi və mediası sözügedən edamlar barədə hər hansı məlumat yaymayıb.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan oktyabr-n 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2370
avatar

Sevinc Fərid

Oxşar yazılar