Təbriz Kəşfiyyat İdarəsində saxlanılan məhbuslara yeməyin içində narkotik verildiyi məlum olub.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu məhbuslardan biri də azərbaycanlı rəqs müəllimi Fatimə Məhəmmədi Fərdrud adlı qadındır.
Fatimə həbsdən çıxandan sonra xəstələnib və həkimə müraciət edib. Analizlər zamanı onun qanında yüksək səviyyədə narkotik maddə olduğu ortaya çıxıb.
Məhəmmədidən başqa bəzi digər qadınlar da belə problemlə üzləşdiklərini etiraf ediblər.