İranda molla rejiminə qarşı olan etiraz aksiyaları artıq 88 gündür ki, davam edir.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu aksiyalar ərzində yüzlərcə azərbaycanlı fəallar saxlanılıb.
Məlumata görə, saxlanılanlardan biri də Hüseyn Məhəmmədi adlı gənc fəaldır. Belə ki, o, dünən Təbrizdəki mağazasında SEPAH terrorçuları tərəfindən həbs edilib.
Onun harada saxlanıldığı barədə məlumat yoxdur.