İran Prezidenti İbrahim Rəisi koronavirusa qarşı peyvəndin ilk dozasını vurdurub.
APA İranın “Press TV” dövlət telekanalına istinadən xəbər verir ki, prezidentə yerli istehsal olan “COV İran Barakat” peyvəndi vurulub.
İranın Səhiyyə Nazirliyi sözügedən peyvəndin ölkədə təcili istifadəsi üçün lisenziya verib.
Qeyd edək ki, İranda may ayının əvvəlindən etibarən koronavirus qarşı “COV İran Barakat” peyvəndinin istehsalına başlanılıb.
Məlumat üçün bildirək ki, İran səlahiyyətliləri yaxın gələcəkdə istehsal edilmiş daha üç yerli peyvəndin təsdiqlənəcəyini açıqlayıb.