İki cinayətkar qruplaşma silaha əl atdı-Yüzdən çox ölü, itkin var
22 sentyabr 2024 17:50 (UTC +04:00)

İki cinayətkar qruplaşma silaha əl atdı-Yüzdən çox ölü, itkin var

Sentyabr ayının əvvəlindən Meksikada cinayətkar qruplar arasındakı toqquşmalarda 100-dən çox ölən və itkin düşən olub.

Lent.az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Sinaloa ştatında 53 nəfər öldürülüb, 51 nəfər itkin düşüb.

Sinaloada iki güclü narkotik qruplaşma arasında münaqişə iyulda bu qruplardan birinin lideri İsmael "El Mayo" Zambadanın ABŞ-da həbs edilməsi ilə başlayıb. 74 yaşlı Zambada bildirib ki, “Los Çapitos” qruplaşması onu oğurlayaraq sonradan təyyarə ilə ABŞ-a göndərib. Bu da sentyabrın 9-dan iki qruplaşma arasında qanlı toqquşmaların başlamasına səbəb olub. Nəticədə ştatda bir çox məktəblər bağlanıb, restoran və mağazalar gün ərzində qısa rejimdə çalışır.

Zorakılığı aradan qaldırmağa çalışan Meksika hüquq-mühafizə orqanları “Los Çapitos” qruplaşmasının liderinin mühafizə xidmətinin rəisini olduğu ehtimal olunan şəxsi və hazırda həbsdə olan “Sinaloa”-nın keçmiş rəhbərinin oğlunu həbs ediblər.

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bəyan edib ki, ABŞ Sinaloa ştatında zorakılıq dalğasına görə qismən məsuliyyət daşıyır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2478
avatar

Oxşar yazılar