“Hizbullah”ın liderinə İrandan XƏBƏRDARLIQ:   “İsrail sizi məhv etmək  niyyətindədir”
22 iyun 2024 14:28 (UTC +04:00)

“Hizbullah”ın liderinə İrandan XƏBƏRDARLIQ: “İsrail sizi məhv etmək niyyətindədir”

“Hizbullah” terrorçularının lideri Həsən Nəsrullah İrandan xəbərdarlıq alıb.

İran kəşfiyyatı “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullaha İsrailin onu məhv etməyi planlaşdırdığı və onun Livanda qorunmadığı barədə məlumat verib.

Lent.az bildirir ki, bu xəbərv ərəb mediasında yer alıb.
İran kəşfiyyatı hətta Nəsrullaha “başqa sığınacaqlara köçməyi tövsiyə edib, İsrail sizi izləyir və yerinizi bilir”.

İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitləri “Hizbullah” terrorçu liderinə "İsrail sizi məhv etmək niyyətindədir" deyib və Nəsrullah və ailə üzvlərinə Livanı tərk edib İrana sığınmağı təklif ediblər.

Bu günlərdə “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullah növbəti bəyanatla çıxış edərək, ölkənin şimalında baş verən hadisələrə toxunub. O, Kipr hökumətini birbaşa hədələyərək bildirib ki, əgər İsrailə Livana qarşı əməliyyatlar üçün Kipr hava limanlarından istifadə etməyə icazə verərsə, “müqavimət sizi düşmənçilik dairəsinə sürükləyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794
avatar

Oxşar yazılar

Qəzzada həlak olan fələstinlilərin sayı açıqlandı

Qəzzada həlak olan fələstinlilərin sayı açıqlandı

21 iyul 2024 , 14:03
Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə zəlzələ oldu

21 iyul 2024 , 12:08
Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

21 iyul 2024 , 09:35
Qvatemalada güclü zəlzələ  baş verdi

Qvatemalada güclü zəlzələ baş verdi

21 iyul 2024 , 08:21
Avtobusla yük maşını TOQQUŞDU:  16 nəfər öldü

Avtobusla yük maşını TOQQUŞDU: 16 nəfər öldü

21 iyul 2024 , 03:43
İsraildən Yəmənə HAVA ZƏRBƏSİ:  ölənlər var-YENİLƏNİB

İsraildən Yəmənə HAVA ZƏRBƏSİ: ölənlər var-YENİLƏNİB

20 iyul 2024 , 22:17
Ermənistanda GÜCLÜ PARTLAYIŞ:  ölən var

Ermənistanda GÜCLÜ PARTLAYIŞ: ölən var

20 iyul 2024 , 21:29
Magistral körpü uçdu:  10-dan çox şəxs öldü

Magistral körpü uçdu: 10-dan çox şəxs öldü

20 iyul 2024 , 08:02