Hindistanda 357 kənd su altında qaldı
09 avqust 2021 10:48 (UTC +04:00)

Hindistanda 357 kənd su altında qaldı

Ötən həftə güclü yağışlar nəticəsində Hindistanın şimalında yerləşən Uttar-Pradeşi bölgəsinin 21 dairəsində 357 kənd su altında qalıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Yamun və Qanq çaylarında suyun səviyyəsinin təhlükəli həddə yüksəlməsi daşqınlara səbəb olub. Bir çox kəndlərə ciddi ziyan dəyib. Ərazidə yaşayan insanlar təxliyə olunublar.

Qeyd edək ki, son 3 həftədə baş vermiş sel nəticəsində Hindistanda 400 nəfər insan həlak olub.

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197
avatar

Oxşar yazılar