İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS hərəkatının 20-dən çox yüksək səviyyəli komandirini öldürüb.
Lent.az bildirir ki, bu barədə xarici media İsrail Müdafiə Nazirliyinin bəyanatına istinadən xəbər verir.
İsrail Silahlı Qüvvələrinin sözçüsü Aviçay Adrai “Sky News Arabia” telekanalına bildirib ki, məhv edilən bütün HƏMAS briqadalarının rəhbərlərinin siyahısına 20-dən çox yüksək rütbəli komandir daxildir.
Bundan əvvəl Qəzza zolağında HƏMAS-ın “Sabra Tell Əl-Həva” batalyonunun komandiri Mustafa Dalulun döyüş təyyarələri tərəfindən öldürüldüyü bildirilmişdi. Bəyanatda Dalulun İsraillə hərbi əməliyyatlar başlamazdan əvvəl batalyonda bir sıra mühüm vəzifələrdə çalışdığı da vurğulanıb.