Həbsxanadan KÜTLƏVİ QAÇIŞ:  129 məhbus öldürüldü
04 sentyabr 2024 13:06 (UTC +04:00)

Həbsxanadan KÜTLƏVİ QAÇIŞ: 129 məhbus öldürüldü

Konqo Demokratik Respublikasının ən böyük həbsxanasından kütləvi qaçmaq cəhdi nəticəsində 120-dən çox insan həlak olub.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin daxili işlər naziri Jakmin Şabani Luku Bihanqonun sözlərinə görə, məhbuslar bazar ertəsi yerli vaxtla saat 2 radələrində paytaxt Kinşasadakı Makala Mərkəzi Həbsxanasından kütləvi şəkildə qaçmağa cəhd ediblər.

“Ölənlərin ilkin sayı 129 nəfər, o cümlədən xəbərdarlıqdan sonra güllələnən 24 nəfərdir. Qalanları əzilməkdən boğularaq ölüblər”, - Bihanqo bildirib. Nazir əlavə edib ki, 59 nəfərə tibbi yardım göstərilib.

Kinşasa sakinlərindən biri deyib ki, insident zamanı bir neçə saat atəş səsləri eşidilib və daha sonra təhlükəsizlik maşınları meyitləri hadisə yerindən çıxarıb. 

Bihanqo mətbuat konfransında bildirib ki, həbsxanadan qaçmağa cəhd zamanı bir neçə bina, o cümlədən ofislər, qeydiyyat şöbəsi, xəstəxana və ərzaq anbarları dağıdılıb.

Hüquq müdafiəçilərinin Makala həbsxanasındakı “dəhşətli” şərtləri vurğulayan son hesabatına görə, 1500 nəfərlik həbsxanada hadisədən əvvəl xüsusən də, təqsirləndirilən şəxslər olmaqla 12 000-dən çox məhbus cəza çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

Oxşar yazılar