Meksikada həbsxanada baş verən iğtişaş zamanı ölənlərin sayı artıb.
Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Hadisə nəticəsində 14 nəfər həlak olub.
Onlardan 10-u təhlükəsizlik işçisidir.
İğtişaş ABŞ sərhədinə yaxın olan Xuares şəhərindəki həbsxanada olub.
Bir qrup silahlı cinayətkar məhbusların bir qismini azad etmək üçün həbsxanaya soxulub.
***
Saat 01:04
Meksikada həbsxanada iğtişaş baş verib.
Lent.az xəbər verir ki, bu barədə “El Universal” məlumat yayıb.
Çiuaua ştatının Syudad-Xuares şəhərindəki 3 saylı həbsxanadakı hadisə zamanı 10 mühafizəçi və 4 məhbus həlak olub.
Qeyri-rəsmi məlumata görə, 20-dən çox məhkum həbsxanadan qaçıb.
Hazırda onların axtarışı aparılır.