Hamilə arvadını öldürüb körpəsini çıxartdı  - Ölkəni sarsıdan cinayətdə ÖLÜM HÖKMÜ
17 oktyabr 2025 17:49 (UTC +04:00)

Hamilə arvadını öldürüb körpəsini çıxartdı - Ölkəni sarsıdan cinayətdə ÖLÜM HÖKMÜ

0

Malayziyada ictimaiyyəti sarsıdan cinayət işi üzrə yekun hökm elan edilib. Selanor sultanlığından olan gənc şəxs xüsusilə amansız cinayət törətdiyinə görə ölüm cəzasına məhkum edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 22 yaşlı Mühəmməd Fakrul Ayman Səcalı 2023-cü ilin may ayında hamilə arvadı, 18 yaşlı Nur Anisah Əbdül Vəhabı qətlə yetirdiyini etiraf edib.

Cinayət xüsusi qəddarlıqla törədilib. Səcalı küçədə qızı gördükdə başına dəyənəklə zərbə endirib, sonra onu kanalizasiya kollektoruna sürüyüb aparıb. Orada onu öldürüb və daha sonra 18 həftəlik dölü qadının bətnindən çıxarıb. Cinayətin izlərini gizlətmək üçün meyitin üzərinə benzin tökərək yandırıb.

Müdafiə tərəfinin onun üçün həbs cəzası tələb etməsinə baxmayaraq, məhkəmə qərarında qəti olub. Vəkillər müttəhimdən emosional təsir altında hərəkət etdiyini, yəni uşağın bioloji atası olmadığını öyrəndikdən sonra hadisəni törətdiyini bildiriblər. Bu fakt sonradan DNT ekspertizası ilə də təsdiqlənib.

Lakin hakim Səcalının hərəkətlərini əvvəlcədən planlaşdırılmış, qəzəbli və sadist davranış kimi qiymətləndirərək, belə qəddarlığı heç nə ilə əsaslandıra bilməyəcəyini qeyd edib. Nəticədə qanunla nəzərdə tutulan ən ağır cəza ölüm hökmü elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar