Güclü yağış yağdı: 9 nəfər öldü
17 fevral 2025 04:33 (UTC +04:00)

Güclü yağış yağdı: 9 nəfər öldü

ABŞ-nin Corciya və Kentukki ştatlarında yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Kentukki ştatında 8, Corciyada isə 1 nəfər təbii fəlakət nəticəsində həlak olub.

Son 24 saat ərzində təcili yardım xidmətləri 1000-dən çox insanı xilas edə bilib.

Kentukki ştatının bəzi ərazilərində suyun səviyyəsi rekord həddə çatıb və yerli hakimiyyət orqanları 300-dən çox yerdə yolları bağlamaq məcburiyyətində qalıb.

“PowerOutage” monitorinq resursuna görə, ştatda 30 minə yaxın istehlakçı işıqsız qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104

Oxşar yazılar