Erməni general-mayor həbs edilib.
Lent.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir. Məlumata görə, ikinci ordu korpusunun keçmiş komandiri, Baş Qərargahın kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arayik Arutyunyan saxlanılıb.
Bildirilir ki, o, dekabrın 15-də həbs edilib.
Məlumata görə, o, dövlətə xəyanətdə ittiham olunur.
General-mayor Arayik Arutyunyan