Oğlanların gənc qızlara söz atması, onlardan əl çəkməməsi dünyanın hər yerində var.
Lent.az-ın xəbərinə görə, Fransada bir qız ondan əl çəkməyən, zorla kontaktlarını istəyən oğlandan yaxa qurtarmaq üçün başqa fəndə əl atıb.
Oğlanın əl çəkmədiyini görən 20 yaşlı Sara hinduşka səsi çıxarıb. Videodan görünür ki, oğlan onu dəli hesab edərək uzaqlaşır.
Bu hadisə sosial şəbəkədə yayıldıqdan sonra qız məşhurlaşıb və televiziyalara dəvət alıb. Məlum olub ki, o, ayrı-ayrı vaxtlarda pişik və toyuq səsi də çıxarıb və bu metod hər dəfə işə yarayıb.